“Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Əhməd Şahidov

“Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Əhməd Şahidov
SİYASƏT
16:28 09.11.2017
1339

ADİHİ rəhbəri Əhməd Şahidov Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviç ilə görüşüb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovNoyabrın 9-da Belqrad şəhərində Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviç ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə danışan Əhməd Şahidov həyata keçirdikləri layihələr, görüşlər və səfərlər barədə Serbiya Parlamentinin rəhbərliyini məlumatlandırıb, Serbiya Respublikası ilə əməkdaşlıqda maraqlı olduqlarını və Serbiyanın qanunvericilik bazasının öyrənilməsi, insan haqları sahəsindəki təcrübələri, xüsusən də qaçqın və məcburi köçkünlər, habelə etnik azlıqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən layihələrlə tanış olmaq niyyətini açıqlayıb..

ADİHİ rəhbəri Əhməd Şahidovu Serbiya Parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən professor Vladimir Marinkoviç Serbiya Parlamentinin fəaliyyəti, qəbul edilən qanun layihələri və onların icra mexanizmləri, habelə insan haqları sahəsindəki mövcud durum barədə geniş məlumat verib. Azərbaycanı dost və qardaş ölkə kimi xarakterizə edən cənab Vladimir Marinkoviç iki ölkə arasında strateji əlaqələrin mövcud olduğunu bildirib, beynəlxalq arenada qarşılıqlı dəstək fəaliyyətinin aparıldığını vurğulayıb. Beynəlxalq hüququn ayrılmaz parçası kimi ölkələrin ərazi bütovlüyü məsələsinə toxunan Serbiya Parlamentinin vitse-spikeri həm Azərbaycan, həm də Serbiyanın bu məsələdə prinsipial mövqe ortaya qoyduğunu və iki ölkənin ərazi bütovlüyü məsələsində bir-birini dəstəklədiyini bildirib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə ilkin razılığa gəlinib, birgə fəaliyyətin konturları müzakirə edilib. ADİHİ rəhbəri Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və azərbaycanlı qaçqınlar barədə kitabları Serbiya Respublikası Parlamentinin vitse-spikeri cənab Vladimir Marinkoviçə hədiyyə edib.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq