Azərbaycan XİN: “Ermənistan təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb”

Azərbaycan XİN: “Ermənistan təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb”
SİYASƏT
22:18 27.07.2023
456
Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur. Bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb.

AZXEBER.COM xəbər verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı 27 iyul tarixli bəyanatına dair şərh edərkən deyib.

"Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb və yalnız bir gün ərzində, 27 iyul tarixində Laçın sərhəd buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə "Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir”.

Bütün bu məsələlər kontekstində, Fransa tərəfinin yenə də Ermənistan təxribatlarına qarşı susqunluq sərgiləməsi və qərəzli şəkildə Azərbaycana qarşı çağırışlar etməsi Fransa tərəfindən həyata keçirilən siyasətin yanlış olduğunu nümayiş etdirir:

"Ümumiyyətlə, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb məsələ ilə bağlı qərəzli bəyanatlar verməzdən öncə, Azərbaycan əleyhinə bu kimi bəyanatların nəyə xidmət etdiyini bir daha düşünməyə, bu kimi bəyanatların bölgədə sülh və sabitliyə xidmət etmədiyini anlamağa çağırırıq", - A.Hacızadə vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi