Azərbaycan XİN Misirə başsağlığı verdi

Azərbaycan XİN Misirə başsağlığı verdi
SİYASƏT
15:57 26.11.2026
85
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Misirə başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

"Misirin Giza vilayətində yanacaq daşıyan yük avtomobilinin iştirakı ilə baş vermiş qəza nəticəsində yaranan yanğının çoxsaylı insan tələfatına və xeyli sayda şəxsin xəsarət almasına səbəb olmasından dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə, həmçinin Misir Ərəb Respublikasının Hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk.

Xəsarət alanların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR