Azərbaycan XİN: Rusiya XİN-in şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur

SİYASƏT
17:19 17.10.2018
3086
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində "münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur".

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti KİV-in sorğusuna cavabında bildirib.

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi vardır və bunlar Ermənistan və Azərbaycandır. ATƏT-in 1992-ci il Helsinki nazirlər şurasının yekun bəyanatı və digər sənədlərində münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan təsbit olunub. Hal-hazırda da Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar bu formatda aparılır.

Hesab edirik ki, Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Svetlana Jurovanın da bu qanunsuz və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən təxribatçı səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır", - XİN-dən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026