Bu gün Avro-2020-nin seçmə mərhələsinin püşkü atılıb.
İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Milli komandamız da bügünkü püşkatmada seçmə mərhələdəki rəqiblərini tanıyıb. Yığmamız Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda yer alıb.
Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünüb. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alıb. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.
A qrupu
İngiltərə
Çexiya
Bolqarıstan
Monteneqro
Kosovo
B qrupu
Portuqaliya
Ukrayna
Serbiya
Litva
Lüksemburq
C qrupu
Hollandiya
Almaniya
Şimali İrlandiya
Estoniya
Belarus
D qrupu
İsveçrə
Danimarka
İrlandiya
Gürcüstan
Cəbəllütariq
E qrupu
Xorvatiya
Uels
Slovakiya
Macarıstan
Azərbaycan
F qrupu
İspaniya
İsveç
Norveç
Rumıniya
Farer adaları
Malta
G qrupu
Polşa
Avstriya
İsrail
Sloveniya
Makedoniya
Latviya
H qrupu
Fransa
İslandiya
Türkiyə
Albaniya
Moldova
Andorra
İ qrupu
Belçika
Rusiya
Şotlandiya
Kipr
Qazaxıstan
San Marino
J qrupu
İtaliya
Bosniya və Herseqovina
Finlandiya
Yunanıstan
Ermənistan
Lixtenşteyn
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.
Xatırladaq ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.
///Qol.az