Azərbaycan Yazıçılar Birliyi Prezidentin sərəncamına niyə əməl etmir? - FOTOFAKT

Azərbaycan Yazıçılar Birliyi Prezidentin sərəncamına niyə əməl etmir? - FOTOFAKT
Bütün Xəbərlər
15:30 14.01.2014
1544

Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytı olan www.azyb.net saytında Əkrəm Əylisinin adı xalq yazıçısı kimi göstərilir.

AZXEBER.COM xəbər verir ki, ötən il fevral ayının 7-də Prezident İlham Əliyev yazıçı Əkrəm Əylisli ilə bağlı iki sərəncam imzalayıb.Sərəncama əsasən Əkrəm Əylisli “Xalq yazıçısı” adından və prezident təqaüdündən məhrum edilib.

 Xatırladaq ki, yazıçı “Daş yuxular” əsərinə görə bu addan məhrum edilmişdi. O xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

Ancaq maraqlıdır ki, Yazıçılar Birliyinin rəsmi saytı hələ də bu adı Əkrəm Əylislidən almaq niyyətində deyil. 

Məsələylə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məsələdən xəbəri olmadığını söyləyib:

"Burada yalnız texniki səhv ola bilər. Saytda müəyyən problemlər yaşandığı üçün bu cür texniki səhvlər ortaya çıxıb. Ancaq yaxın günlərdə bu məsələ öz həllini tapacaq".

AZXEBER.COM həmin fotonu təqdim edir: https://www.azyb.net/cgi-bin/ayb/main.cgi?s=2;s2=4

OXŞAR XƏBƏRLƏR