Azərbaycana ova gələn Qətər şeyxləri geri döndü - FOTOLAR
Bütün Xəbərlər
01:34 12.03.2015
1955
Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ov etməyə gələn ərəb zənginləri ovlarını başa vuraraq vətənlərinə dönüblər.AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, üç həftəyə yaxın Azərbaycan ovlaqlarında əylənən ərəblər səfərlərini bu günlərdə başa vurublar.Ov həvəskar olan qonaqların kimliyi də bəlli olub. Bunlar keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.O da məlum olub ki, ərəb şeyxləri Azərbaycana şahin quşları ilə elə yerli şahin quşlarını ovlamaq, necə deyərlər, “quşu quşla tutmaq” üçün gəlibmiş.Məlumata görə, ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalıblar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlayıb ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətiriblər.Ərəb şeyxləri ov zamanı İmişli rayonu ərazisindəki çöllərdə də olublar. Onların bahalı CİP-ləri burada bir neçə dəfə batıb. Köməklərinə yerli sakinlər gəlib.