Azərbaycanda 117 yaşlı nənəyə bunu da etdilər - FOTO
Bütün Xəbərlər
14:11 24.10.2012
2907
Şəmkirdə 117 yaşlı Yasəmən nənənin qazı kəsilibŞəmkirdə yaşayan 117 yaşlı Yasəmən Qasımovanın qazı kəsilib. Bu barədə redaksiyamıza məktub yazan nənə özü bildirib. Nənə məktubunda bildirir ki, Şəmkir rayon Qaz İstismar İdarəsi heç bir xəbərdarlıq etmədən onun qazını kəsib. Əraziyə xüsusi traktor gətirilib və 117 yaşlı nənənin evinə uzanan qaz xətti qaynaqla kəsilib. Hazırda evdə qaz yoxdur. Xatırladaq ki, «Kaspi» qəzeti oktyabrın əvvəllərində Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan Qasımova Yasəmən Məmməd qızının 117 yaşının olması və bu göstərici ilə dünyanın ən yaşlı adamını 1 yaş üstələməsi barədə məlumat yaymışdı. Dəllər qəsəbəsində yaşayan Yasəmən nənə 1895-ci ildə anadan olub. Yerli televiziya kanallarının əməkdaşları bir neçə dəfə bu nənə ilə görüşüb və veriliş hazırlayıblar.