Gəncədə güclü yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, yanğın hadisəsi gecə saat 02.15 radələrində Gəncə şəhər 38 saylı hərbi şəhərcik ərazisində baş verib.Ərazidə olan iki mərtəbəli, 12 mənzildən ibarət, sahəsi 500 kvadratmetr olan yaşayış binasının 300 kvadratmetri yanıb. Hadisə yerinə 9 yanğınsöndürən avtomobil cəlb edilib.Məlumata görə, təxminən 40 dəqiqəyə alovun başqa evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da evlər yararsız hala düşüb. 12 ailənin evsiz qaldığı bildirilir. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.