UNİSEF-in araşdırmasına əsasən Azərbaycanda 1 il ərzində təxminən 5 min 15 yaşadək qız ərə gedib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə məlumatı “facebook” social şəbəkəsində hüquqşünas Rəşid Hacılı yazıb:
“Bu faktı "Sexual abuse of children" (uşaqların cinsəl sui-istifadəsi) adlandıran və bununla bağlı şərh istəyən Avropalı deputata bizim hökumət deyib ki, bu uşaqların sui-istifadəsi deyil, çünki onlar ailə həyatı qurublar!!?
Hökumət əlavə edib ki, bu Bakıdan uzaq kənd rayonlarında baş verir və hökumət bunun qarşısını ala bilmir.
Nigah yaşını 18 yaş müəyyən edən və azyaşlıların cinsəl hüuqlarının pozulmasını cinayət hesab edən hökumət Avropalı deputata etiraf edib ki, onun qanunlarına Bakıdan o tərəfdə əməl etmirlər. Həm də bəlli olub ki, "Sexual abuse of children" (uşaqların cinsəl haqlarının pozulması) deyəndə bizim hökumət rəsmilərimiz bunu "uşaqların cinsəl istismarı" kimi anlayırmış”.