Sentyabrın 18-də Biləsuvar rayonunda 20 yaşlı oğlanın cinsiyyət orqanının kəsilməsinə görə daha 2 nəfər həbs edilib.
Yuxarı Ağalı kəndində 20 yaşlı L.B-nı tutaraq cinsiyyət orqanını kəsmiş və kəsilmiş orqanı onun ağzına qoymuş şəxslər məsuliyyətə cəlb edilib.Belə ki, polis müəyyən edib ki, L.B-nı tutaraq işgəncə verən və cinsiyyət orqanını 3 nəfər birgə kəsib. Hadisəyə görə L.B ilə birgə olan 34 yaşlı qadının qayını və 2 qardaşı tutulub.
Belə ki, 3 uşaq anası olan 34 yaşlı qadının qaynı gəlinlərindən şübhələnib və onu izləməyə başlayıb. O qadının L.B ilə görüşdüyünü öyrənib və bunu dəqiqləşdirib. Daha sonra isə qadının qardaşlarına bu barədə məlumat verib. Hadisə baş verən gün isə qadının qayını və qardaşları evə basqın edərək onu L.B ilə birgə tutublar. Burada onlar L.B-nı döyüb, işgəncə veriblər. Daha sonra isə oğlanın cinsiyyət orqanını kəsərək ağzına qoyublar. L.B qan itirmiş vəziyyətdə öz evinə qayıdıb və valideynlərinə başına gələnləri anladıb. L.B Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub. Onun cinsiyyət orqanı yerinə tikilib.
L.B-nı əməliyyat edən damar cərrahı Tengiz Cəlilov Publika.Az-a bildirib ki, orqanın funksiyasını tam bərpa etməsi üçün xeyli vaxt lazım gələcək.
Qeyd edək ki, L.B bildirib ki, həmin qadınla tanışlığı bir neçə ay əvvəl olub. Hadisə baş verən zaman isə o, qadının qardaşlarına yalvarıb ki, cinsiyyət orqanını kəsməsinlər.
//publika.az