Şabran rayonunda qətl hadisəsi baş verib.Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Həkim oğlu Zeynalov şəxsi münasibətlər zəminində həmyaşıdı Tacı Seyfəddin oğlu Həsənovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən V. Zeynalov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.//APA