Azərbaycanda 27 yaşlı fəhlə binadan yıxılaraq öldü

Azərbaycanda 27 yaşlı fəhlə binadan yıxılaraq öldü
Bütün Xəbərlər
09:10 19.12.2012
1048

Ucarda tikintidə fəhlə işləyən Quba sakini binadan yıxılaraq ölüb.AZXEBER.COM-un məlumatına görə, hadisə bu gün günorta saatlarında Ucar şəhərində aparılan tikinti işləri zamanı qeydə alınıb.Tikintidə fəhlə işləyən Quba rayonunun Ruslavi kənd sakini, 1985-ci il təvəllüdlü Murad Nuriyev binanın ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə beyin travması alıb.Yaralı ağır vəziyyətdə Ucar mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstəyə tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.Hadisəyə ehtiyatsızlıq səbəb olub.Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR