Gəncə şəhərində 28 yaşlı gənc qətlə yetirilib. Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Belə ki, Cabir Rzayev ağır bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.Qətli törətməkdə şübhəli bilinən Elnur Orucov tutulub.Milli.az-ın məlumatına görə, hər iki şəxs tanış olub. Bıçaqlanmaya səbəb onlar arasında yaranmış münaqişə olub.