Azərbaycanda 35 yaşlı kişi 8-ci mərtəbədən yıxılaraq öldü

DÜNYA
12:49 11.06.2012
1915
Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Şəhər sakini, 35 yaşı Vüqar Sabir oğlu Həmidov yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, V. Həmidov sərxoş vəziyyətdə eyvandan olarkən ehtiyatsızlıqdan yıxılıb.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR