İyulun 3-də günorta saatlarında Xaçmaz rayonunda intihar faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xanlıqoba kənd sakini, 1976-cı il təvəllüdlü Mehman İsgəndərov özünü yaşadığı evdə asıb. Onun cəsədi müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.