Şəkinin Qayabaşı kənd sakini 39 yaşlı Əjdər Cəfərov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.
AZXEBER.COM-un məlumatına görə, mərhumun meyitini yaxınları aşkarlayandan sonra müvafiq orqanlar məlumatlandırılıb.İlkin tibbi araşdırmalardan sonra mərhumun üzərində heç bir zorakılıq əlaməti müşahidə edilməyib.Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.Əjdər Cəfərovun özünə qəsr etməsinin səbəbləri aparılan istintaqdan sonra məlum olacaq.