Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu
Bütün Xəbərlər
01:07 05.05.2012
3910

Azərbaycan rayonlarından birində 4 qolu və 4 ayağı olan qız uşağı dünyaya gəlib.

Uşaq hələ aprelin 6-da doğulsa da, bu haqda məlumat yeni yayılıb. Körpə dərhal Azərbaycan Respublikası Pediatriya Elmi Tədqiqat İnstitutunun azyaşlı uşaqların cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Uşağın yerləşdirildiyi şöbənin müdiri Gündüz Ağayev bildirib ki, körpə hərtərəfli müayinədən sonra əməliyyat olunub. Əməliyyat 3 saat davam edib. Əməliyyatı uşaq cərrahlarından ibarət briqada aparıb. Əməliyyat uğurla başa çatıb və hazırda körpənin həyatına təhlükə yoxdur. Həkimlər onun yaxın zamanlarda tam sağalacağını bildirirlər. 

OXŞAR XƏBƏRLƏR