Gədəbəy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Gədəbəy-Slavyanka yolunda Rasim Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə 6 yaşlı Nərminə Həsənəliyevanı vurub. Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.