Azərbaycanda 71 yaşlı kişi ağır cinayət törətdi

Azərbaycanda 71 yaşlı kişi ağır cinayət törətdi
Bütün Xəbərlər
00:11 06.12.2012
1407

Şirvan şəhərində dəhşətli qətl törədilib.

AZXEBER.COM-un Cənub TV-yə istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi bu gün gecə saatlarında Şirvan şəhərinin “Avtoşkola” adlanan ərazisində qeydə alınıb. Həmin ərazidəki yataqxanada məskunlaşan Cəbrayıl rayon sakini, 62 yaşlı Rəfiqə Balaş qızı Verdiyevanın öldürüldüyü və onun 71 yaşlı əri Xudaverdi Məhəmməd oğlu Verdiyevin yaralanması ilə bağlı polis şöbəsinə məlumat verilib.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Qətllə bağlı bir neçə versiya dolaşır. İlkin versiyaya görə, ər arvadını küt alətlə qətlə yetirdikdən sonra bıçaqla özünün boğaz və qarın nahiyyəsinə xəsarət yetirib. Digər versiyaya görə isə bu dəhşətli qətl naməlum şəxs və ya şəxslər tərəfindən törədilib. Hadisənin əsl səbəbi isə hələlik məlum deyil.  Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR