Azərbaycanda ağır yol qəzası: 5 yaralı

Azərbaycanda ağır yol qəzası: 5 yaralı
Bütün Xəbərlər
20:12 12.12.2011
1670
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə yolun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” markalı avtomobillə Gürcüstan dövlət nömrə nişanlı “Ford” markalı maşın toqquşub.Nəticədə Şabran rayon sakini, 1983-cü il təvəllüdlü Xəlilov Ramin Ənvər oğlu, Ucar rayonun Lək kənd sakinləri - 1948-ci il təvəllüdlü Hacıyeva Xuraman Afcan qızı, 1932-ci il təvəllüdlü Əsgərova Xanım Xudu qızı, Gürcüstan vətəndaşları - 1985-ci il təvəllüdlü Süleymanov Köhlən Ənvər oğlu və onun atası, 1964-cü il təvəllüdlü Süleymanov Ənvər Süleyman oğlu müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. X. Hacıyevanın vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə aparılıb.
OXŞAR XƏBƏRLƏR