Azərbaycanda ağır yol qəzası: 6 nəfər yaralandı

Azərbaycanda ağır yol qəzası: 6 nəfər yaralandı
Bütün Xəbərlər
09:51 16.11.2012
749
Göyçay şəhərində 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində Göyçay şəhəri ərazisində qeydə alınıb. Göyçay şəhər sakini 1966-cı il təvəllüdlü Bayramov Həsənağa Həsən oğlunun idarə etdiyi 23-BF-848 dövlət nömrə nişanlı “VAZ 2109” markalı minik maşını qarşı tərəfdən gələn Çayarxı kənd sakini 1992-ci il təvəllüdlü Babayev Kamil Xaləddin oğlunun idarə etdiyi 03-BB-147 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ 2109” markalı maşının sürücüsünün həyat yoldaşı 1968-ci il təvəllüdlü Afət Bayramova, qızı 1991-ci il təvəllüdlü Aysel Bayramova, sərnişinləri 1992-ci il təvəllüdlü Dürdanə Məcidova və 1964-cü il təvəllüdlü Sima Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR