Ucar rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb.
FHN Ucar rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə bu gün saat 16:30 radələrində Qazıqumlaq kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Bədirov Emil Bəxtiyar oğluna məxsus, ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli, 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
Hadisə zamanı evin 113 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.