Azərbaycanda altı yeni həbsxana tikilir

Azərbaycanda altı yeni həbsxana tikilir
Bütün Xəbərlər
11:21 31.12.2014
1126

“Bunlar məhkumların yaşadıqları yerə yaxın yerlərdə çəkməsi üçün tikilir”.

Hazırda Azərbaycanın bölgələrində 6 yeni cəzaçəkmə müəssisəsi tikilir.AZXEBER.COM AzerTAC-a istinadən xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə müsahibəsində deyib:

“Bunlar məhkumların saxlanma şəraitinin yaxşılaşması və cəzalarının regionlarda, yaşadıqları yerə yaxın yerlərdə çəkməsi üçün tikilir”.

H.Əlixanov məlumat verib ki, bu ilin dekabrın 29-da Prezident İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətlərinə baxılaraq növbəti əfv Sərəncamı imzalayıb. Humanizm prinsiplərinə əsaslanan Sərəncam 87 məhkuma şamil edilib.

OXŞAR XƏBƏRLƏR