Azərbaycanda ana 3 uşağı ilə zibillikdə yaşayır - VİDEO

Azərbaycanda ana 3 uşağı ilə zibillikdə yaşayır - VİDEO
Bütün Xəbərlər
11:50 31.10.2014
963
Qadın ittihamlarla razılaşmadı.
Dünən “Adam içində” verilişində müzakirə olunan məsələlərdən biri də ananın 3 uşağı ilə birlikdə zibillikdə yaşaması oldu.
AZXEBER.COM-un ANS TV-yə istinadən verdiyi xəbərə görə, məlum olub ki, onun qeyri-rəsmi həyat yoldaşı həbs olunub.
Bundan sonra imkansız ailə dolanmaqda çətinlik çəkib. Vəziyyət o həddə çatıb ki, ana zibillikdən topladığı ərzaqlarla övladlarını qidalandırır və onlarla bərabər zibillikdə yaşayır. Verilişdə qonaq qismində iştirak edənlər bunu eşidəndə daha çox ananı qınadılar.
Geyimindən də kifayət qədər imkansız olduğu görünən xanıma övladlarını uşaq evinə verməsi təklif olunduqda isə bu, ananın etirazına səbəb oldu. “Adam içində”nin qonaqları isə uşaqların taleyi üçün bunun vacibliyini anaya izah etməyə çalışdılar.
Verilişin gedişatında isə insanları təəccübləndirən məqamlar da ortaya çıxdı. Studiyaya daxil olan telefon zəngi ilə məlum oldu ki, ana uşaqlara fiziki zor tətbiq edir, onları döyür və diləndirir. 3 uşaq anası bu ittihamlarla razılaşmadı.
Ananın öz uşaqlarına həqiqətən əzab verməsi, onları diləndirməsi kimi məqamlara “Adam içində” verilişinin sabah efirə gedəcək buraxılışında aydınlıq gətiriləcək.
OXŞAR XƏBƏRLƏR