Azərbaycanda avtomobil almaq istəyənlər üçün - ARAŞDIRMA

İQTİSADİYYAT
18:10 07.05.2013
10246

Avropa ölkələrindən, ən əsas da qonşu Gürcüstandan alınan maşınlara görə nəqliyyat vasitələri üçün gömrük rüsumu qanunda nəzərdə tutulduğundan daha çox tələb edilir. 

Xarici ölkələrdən maşın gətirən sahibkarlar bildiriblər ki, bu vəziyyət bazarda avtomobillərin qiymətlərinin bahalaşmasına və alıcı qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Beləliklə, Azərbaycana idxal olunan avtomobillər ikiqat qiymətə başa gəlir.

Araşdırma nəticəsində məlum olub ki, 2012-ci ildə ölkədə ən çox "Mersedes" markalı avtomobil satılıb. Sonrakı yerləri "Hunday", KİA və digər markalı avtomolillər tuturlar. Alıcılar daha çox ili köhnə və lakin qiymətdə ucuz və nisbətən keyfiyyətli "Mersedes" markalı avtomobillərə üstünlük verirlər. Rusiya maşınlarına da təlabat yüksək səviyyədədir. Alverçilər hesab edir ki, bu növ köhnə avtomobillərin satışı və alışında gömrük hər hansı rol oynamadığından, qiymətlərdə süni bahalaşma baş vermir.

2013-cü ilin ilk rübündə isə maşın bazarında vəziyyət tamamilə dəyişib. Belə ki, bu il ən çox satılan avtomobillər daha çox Koreya və Yaponiya istehsalı olan avtomobillərdir. Rusiya maşınlarının idxalının azalması isə, xarici markalı maşınlara tələbatı artırıb.

AZXEBER.COM-a açıqlamasında "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru, ekspert Ramil Osmanlı alıcıların Rusiya istehsalı, yada ki, xarici maşınlara olan marağını zövq və maddi vəziyyətəlaqələndirib.

Onun sözlərinə görə bu gün ölkədə maşın bazarında kifayət qədər alıcı kütləsi var:

“Bu gün avtomobil bazarında maşınların təxmini 40% dən çoxu Gürcüstan, Türkiyədən gətirilən maşınlardır. Gürcüstandan Azərbaycana avtomobil idxalı maşın bazarlarında rəqabəti artırır. Bu da o deməkdir ki, Azərbaycanın avtomobil bazarında Gürcüstanın kifayət qədər rolu var. Bu həm də ölkədə avtomobillərin kəskin sürətdə qiymətinin artmasının qarşısını alır.

Alıcıların xarici, yoxsa Rusiya istehsalı maşınlara maraq göstərmələrinə gəlincə isə, bu zövq və maddi vəziyyətdən asılıdır. Hazırda avtomobil bazarında Rusiya istehsalı maşınların azalmasının şahidi oluruq. Belə ki, əvvələr bazarın 40%-ni Rusiya istehsalı maşınlar tuturdusa, indi bu göstərici 20%-ə enib”.

R.Osmanlı maşın bazarında hazırda Koreya və Yaponiya istehsalı olan maşınlara təlabatın yüksək olduğunu söyləyib:

“Son zamanlar bazarlarda Yaponiya, Kareya istehsalı avtomobillərə ehtiyyac artıb ki, bu da daxili bazarda alıcı sayının artmasına gətirib çıxardır”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR