Şəmkirdə intihar hadisəsi baş verib.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, Təzəkənd kənd sakini, 49 yaşlı Çərkəz Səfər oğlu Cəfərov yaşadığı evin ayaqyolunda özünü asıb. Mərhumun meyiti ailəsi tərəfindən aşkarlanıb.
Hələlik intiharın səbəbləri bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.