BAKU AZƏRBAYCAN
11°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

Azərbaycanda bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı qərar verildi

Azərbaycanda bacısının azyaşlı qızına təcavüz edən şəxslə bağlı qərar verildi
KRİMİNAL
12:16 18.02.2020
8318
Bakı Apellyasiya Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ramil Mehdiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdiyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, R.Mehdiyev azyaşlı bacısı qızına təcavüz edib. O, azyaşlı qızla bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

Azyaşlının ailə üzvlərinin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R.Mehdiyev həbs edilib.

İstintaq orqanı tərəfindən R.Mehdiyevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

OXŞAR XƏBƏRLƏR