Azərbaycanda bağlanan universitetlər: Tələbələrin aqibəti necə olub?

Azərbaycanda bağlanan universitetlər: Tələbələrin aqibəti necə olub?
SOSİAL
12:27 24.07.2026
1463
Xəbər verdiyimiz kimi, Akkreditasiya Şurasının növbəti iclasında qəbul edilən qərara əsasən, Bakı Qızlar Universitetinin institusional akkreditasiya üzrə yekun nəticəsi "uyğun deyil" qiymətləndirilib və ali təhsil müəssisəsi akkreditasiyadan keçməmiş hesab olunub.

Qərardan sonra universitetin gələcək fəaliyyəti və burada təhsil alan tələbələrin taleyi sosial şəbəkələrdə geniş müzakirə olunur.

Xatırladaq ki, Azərbaycanda müxtəlif dövrlərdə bir sıra ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

AZXEBER.COM bağlanan universitetlərin tələbələrinin təhsillərini necə davam etdirdiyini araşdırıb.

Bakı İslam Universiteti

1991-ci ildə fəaliyyətə başlayan Bakı İslam Universiteti ölkədə ali dini təhsil verən əsas ali təhsil müəssisələrindən biri idi. 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra universitetin fəaliyyəti dayandırılıb. Birinci kurs tələbələri digər ali təhsil müəssisələrinə köçürülüb.

Qafqaz Universiteti

1993-cü ildə yaradılan Qafqaz Universiteti uzun illər Azərbaycanın ən nüfuzlu özəl ali təhsil müəssisələrindən biri hesab olunurdu. 2016-cı ildə universitetin təsisçisi fəaliyyətin dayandırılması barədə qərar qəbul edib və ali məktəb bağlanıb. Həmin dövrdə universitetin bağlanması Türkiyədə baş verən hadisələr fonunda da geniş müzakirə olunurdu. Hazırda universitetin yerləşdiyi binada Bakı Mühəndislik Universiteti fəaliyyət göstərir.

Müstəqil Azərbaycan Universiteti

1996-cı ildə fəaliyyətə başlayan Müstəqil Azərbaycan Universiteti bir vaxtlar ölkənin tanınmış özəl ali məktəblərindən biri olub. Lakin 2004-cü ildə aparılan yoxlamalar zamanı ali məktəbin Dövlət Tələbə Qəbulu Komissiyasının icazəsi olmadan tələbə qəbul etdiyi və lisenziya şərtlərini pozduğu müəyyən edilib. Nəticədə 2006-cı ildə universitetin lisenziyası ləğv olunub. Universitet bağlandıqdan sonra tələbələr digər ali təhsil müəssisələrinə köçürülüb. Qərar uzun müddət məhkəmə çəkişmələri və tələbələrin keçirdiyi aclıq aksiyaları ilə müşayiət olunub.

Bakıda Amerika Universiteti

1995-ci ildə fəaliyyətə başlayan Bakıda Amerika Universitetinin fəaliyyəti 2000-ci ildə dayandırılıb. Təsisçilərin müraciəti əsasında universitetin dövlət qeydiyyatı və lisenziyası ləğv edilib. Həmin dövrdə aparılan yoxlamalar nəticəsində müxtəlif özəl ali məktəblərin 18 filialının fəaliyyəti dayandırılıb. Bundan başqa, xarici universitetlərin Azərbaycanda qanunsuz yaradılmış 16 filialı və tədris məntəqəsi də məhkəmə qərarı ilə bağlanıb.

Bakı Asiya Universiteti

1995-ci ildə fəaliyyətə başlayan Bakı Asiya Universiteti 2015-ci ildə Elmi Şuranın qərarı ilə fəaliyyətini müvəqqəti dayandırıb. Həmin vaxt universitetdə təhsil alan 270 tələbə digər ali təhsil müəssisələrinə köçürülüb. Sonradan fəaliyyəti bərpa olunmayan universitet 2025-ci ildə hüquqi şəxs kimi də rəsmi qaydada ləğv edilib.

Azərbaycan Beynəlxalq Universiteti

Bir vaxtlar minlərlə tələbənin təhsil aldığı Azərbaycan Beynəlxalq Universiteti 1997-ci ildə fəaliyyətə başlayıb. Lakin 2010-cu ildə universitetin lisenziyası uzadılmayıb. Nazirliyin yoxlamaları zamanı tədris prosesində ciddi nöqsanlar, normativ sənədlərin pozulması, maddi-texniki bazanın standartlara cavab verməməsi, elmi dərəcəsi olmayan müəllimlərin dərs deməsi, qanunsuz köçürmələr və sənədlərin saxtalaşdırılması halları aşkarlanıb. Bundan sonra universitet fəaliyyətini tam dayandırıb, tələbələr isə digər ali təhsil müəssisələrinə köçürülüb.

"Naxçıvan" Universiteti

Naxçıvanda fəaliyyət göstərən yeganə özəl ali təhsil müəssisələrindən biri olan "Naxçıvan" Universiteti 2024-cü ildə bağlanıb. Təsisçinin müraciətindən sonra universitetin fəaliyyəti dayandırılıb. Son kurs tələbələri məzun olub, aşağı kurslarda təhsil alan tələbələr isə digər universitetlərə köçürülüb.

Azərbaycan İctimai-Siyasi Universiteti

1997-ci ildə yaradılan Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyəti 2014-cü ildə dayandırılıb. Təhsil Nazirliyinin apardığı yoxlamalar zamanı tədrisin formal xarakter daşıdığı, kafedraların və professor-müəllim heyətinin normativ tələblərə cavab vermədiyi, maddi-texniki bazanın isə standartlara uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən universitetin lisenziyası uzadılmayıb.

"San Marino" Universiteti

Mingəçevirdə fəaliyyət göstərən "San Marino" Universiteti Azərbaycanın ən qalmaqallı özəl ali təhsil müəssisələrindən biri kimi yadda qalıb. Araşdırmalar zamanı qanunsuz tələbə qəbulu, saxta diplomların verilməsi və tədris prosesində ciddi pozuntular aşkarlanıb. Nəticədə 2001-ci ildə universitetin, eləcə də Göyçay və Bərdə filiallarının fəaliyyəti dayandırılıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı