Azərbaycanda bank işçisi özünü güllələdi

Azərbaycanda bank işçisi özünü güllələdi
Bütün Xəbərlər
01:15 02.10.2014
3947
Salyanda bankda sürücü işləyən şəxs tabel silahı ilə atəş açaraq intihar edib.
APA-ya polisdən verilən məlumata görə, hadisə bu gün saat 12:00 radələrində bankların birinin həyətində, xidməti avtomobilin içində qeydə alınıb.
Şirvan şəhər sakini, 1962-ci il təvəllüdlü İsgəndərov Telman Əmir oğlu ona məxsus “Makarov” tipli tabel silahı ilə sağ gicgah nahiyəsindən atəş açaraq intihar edib.
Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR