Azərbaycanda benzinin keyfiyyəti yüksələcək

İQTİSADİYYAT
16:33 07.11.2012
2047
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun qurğusunda texnoloji sxem təkmilləşdirilibHeydər Əliyev adına Bakı Neft Emalı Zavodunun texnoloji qurğularında mütəmadi aparılan yenidənqurma və modernləşdirmə işləri çərçivəsində 55 nömrəli katalitik krekinq qurğusunda texnoloji sxem təkmilləşdirilib. Qurğunun 200-cü bölməsinin xammalı olan vakuum distilatın qızdırılması üçün nəzərdə tutulan “İd-102” mövqeli istidəyişdiricilərin uzun müddətli istismarı nəticəsində yararsız hala düşməsi katalitik krekinq bölməsində müəyyən problemlər yaradıb.Katalitik krekinq qurğusunun reaktor-regenerator blokunun ahəngdar işinin xammalın temperaturundan birbaşa asılı olması nəzərə alınaraq əlavə istidəyişdiricilərin quraşdırılmasına qərar verilib, qısa müddətdə 2 ədəd daha böyük istilikdəyişmə səthinə malik istidəyişdirici quraşdırılaraq texnoloji sxemə qoşulub. Yeni quraşdırılan istidəyişdiricilər yüksək oktanlı avtomobil benzinlərinin istehsalında xüsusi rol oynayan katalitik krekinq qurğusunda emala götürülən xammalın miqdarına və istehsal olunan məhsulların keyfiyyətinə öz müsbət təsirini göstərəcək.
//Lent.az

OXŞAR XƏBƏRLƏR