Azərbaycanda böhran: İşıqlar söndu, su kəsildi, metrolar dayandı
Bütün Xəbərlər
09:23 28.09.2012
5209
Bakının bir sıra rayonları, həmçinin Azərbaycanın regionları Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) qəza nəticəsində elektrik enerjisiz qalıb. AZXEBER.COM FHN-nə istinadən xəbər verir ki, İES-də qəza elektrik paylayıcı yarımstansiyasını ildırım vurması nəticəsində baş verib.“Problem aradan qaldırılır, hadisə yerində “Azərenerji” və FHN-nin əməkdaşları çalışırlar. Bir müddət sonra “Azərbaycan” İES-dəki hadisə ilə bağlı rəsmi məlumat yayılacaq” – deyə, FHN-dən qeyd ediblər.Təxminən bir sıra ərzində Azərbaycanın paytaxtının bir sıra rayonları elektrik enerjisiz qalsa da, əldə olunan son məlumatlara görə, paytaxtın bəzi rayonlarının elektrik enerjisi təminatı bərpa olunur. Qeyd edək ki, Bakı metropoliteni əvvəlki kimi işləmir.