BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı

Azərbaycanda bir gündə neçə maska satıldığı açıqlandı
SOSİAL
22:44 26.03.2020
3398
"Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”.

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır:

"Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş rejiminə keçsələr də, yenə də tələbi ödəyə bilmirlər”.

Hökumət rəsmisinin sözlərinə görə, ölkənin apardığı bugünkü xarici siyasət imkan verdi ki, bu rejimdə bəzi ölkələr Azərbaycana maska satmağa razılaşıblar: "İstehsalı bir gündə təşkil etmək mümkün deyil. Çünki avadanlıqların alışı və ölkəyə gətirilməsi var. Qısa müddətdə gömrük rüsumları, vergi və s. məsələlərlə əlaqəli elə əlverişli vəziyyət yarandı ki, artıq ölkədə tezliklə Azərbaycan istehsalı olan spirtlər satışda olacaq və üzərində Azərbaycan dilində göstəriciləri də yazılıb”.

İ.Məmmədov əlavə edib ki, növbəti ayın əvvəlində yerli maska istehsalı da başlayacaq: "Gündəlik maksimal 200 min maska istehsalı işə düşəcək. Üstəgəl, idxal da var. Belə ki, 2-3 gün əvvəl ölkəyə 500 min maska gətirilib. Eyni zamanda, 1,5 milyon maska da ölkəyə hissə-hissə daxil olacaq”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:28 02.04.2020

Son dəqiqə! Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

19:54 02.04.2020

Məleykə Abbaszadə: “Biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik”

19:19 02.04.2020

Bakıda qanunsuz dayanmağa və durmağa görə cərimələr ləğv edilib

18:57 02.04.2020

SOCAR-ın prezidenti: “Ayın 10-dan başlayaraq növbələr tədricən dəyişiləcək” - Foto

18:22 02.04.2020

Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

18:21 02.04.2020

Mehriban Əliyeva: "Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq"

18:09 02.04.2020

Antiseptik yoxdursa, araqdan istifadə etmək olarmı?

18:08 02.04.2020

Britaniyada koronavirusdan ölənlərin sayı 2921 nəfərə çatdı

17:15 02.04.2020

Sosial yardım alan aztəminatlı ailələrin nəzərinə!

17:11 02.04.2020

Spiker parlamentdə islahatlara başladı - SƏRƏNCAM

16:45 02.04.2020

Türkiyə mətbuatı Balakəni İspaniya kimi göstərdi - VİDEO

16:31 02.04.2020

Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

16:27 02.04.2020

İradə Gülməmmədova kənd və qəsəbələrdə təbliğat apardı - FOTOLAR

16:15 02.04.2020

“RAHAT”dan sosial videoçarx: “Biz birlikdə güclüyük!” - VİDEO

16:07 02.04.2020

Naftalan şəhər sakinlərindən #evdəqal aksiyasına sosial - Videoçarx

15:40 02.04.2020

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”