Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 10 yanvar 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək “Lək” və “Zərdab” Qazpaylayıcı Stansiyalarından, saat 11:00-dan 15:00-dək isə “Cırdaxan” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.