Azərbaycanda bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar quraşdırılacaq

Azərbaycanda bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar quraşdırılacaq
İQTİSADİYYAT
15:17 19.11.2013
1738

Azərbaycanın bölgələrində yerləşən bütün hərbi hissələrdə şəhərlərarası taksofonlar quraşdırılacaq. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Aztelekom» İstehsalat Birliyinə tapşırıq verib. Yaxın 10 gün müddətində Müdafiə Nazirliyinin bütün hərbi hissələrində şəhərlərarası taksofonlar quraşdırılması tapşırılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılacaq. Ayrılmış nömrələrin yalnız 123-124 («Tac kart») prefiksinə çıxışı təmin ediləcək. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksofon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq, taksofonların texniki və estetik vəziyyətini daim nəzarətdə saxlamaqla, yerlərdə əvvəlcədən ödəniş «Tac kart»ların satışı təmin olunacaq. Eyni zamanda, taksofonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlar təmin ediləcək.

Xatırladaq ki, «Tac kart» sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir. Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, «Tac kart» sistemində isə danışdığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər «Tac kart» sisteminə qoşulmaq üçün əvvəlcə 2, 4 və 10 manatlıq «Tac kart» əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və «Tac kart»ın üzərindəki PIN-kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir. Bundan sonra, abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyanın hazırlıq siqnalını alır və nömrəni yığır.

Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntəqələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulacaq.(APA)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”