"2011-2015-ci illər Dövlət Gənclər Proqramı" çərçivəsində Azərbaycanda Böyük Ensiklopedik Sayt yaradılır.
AZXEBER.COM-un məlumatına görə, bu Azərbaycanda tək və böyük ensiklopedik sayt olacaq. Saytda yeddi bölmə olacaq. Sayt üç dildə (azərbaycan, rus və ingilis) dillərində yayımlanacaq.
Layihənin rəhbəri Jalə Orucova qeyd edib ki, bu layihədə hər bir vətəndaş iştirak edə bilər: "Bu layihədə sizin də köməyiniz keçə bilər. Əgər maraqlı faktlarınız və ya məlumatınız varsa onu bizə göndərin. Qeyd edək ki, yollayacağınız məlumatlar heç bir saytdan götürülməməli və heç bir azərbaycan dilli kitabdan köçürülməməlidir. Əgər məlumatlarınız bəyənilsə, çox tezliklə istifadəyə veriləcək və Böyük Ensiklopedik Saytda yayımlanacaq. Məlumatlarınızı [email protected]/* */ emailinə yollaya bilərsiz.