Azərbaycanda cinlərlə birlikdə yaşayan ailədən yeni xəbər var - VİDEO

Azərbaycanda cinlərlə birlikdə yaşayan ailədən yeni xəbər var - VİDEO
Bütün Xəbərlər
01:00 16.01.2012
2003

Göyçay rayonununda cinlərlə yaşadıqlarını idda edən ailənin iddiasının yalan olduğu söylənilir.

AZXEBER.COM-un məlumatına görə, Göyçay rayonunun Bahəddin Mirzəyev küçəsində yaşayan Quliyevlər ailəsində heç bir qeyri-adi hadisə baş verməyib. Kanal S regional televiziyasının əməkdaşlarının hadisə ilə bağlı apardığı araşdırmalar mənzildə hər hansı qüvvələrin olması ilə bağlı ailə üzvlərinin iddialarının əsassız olduğunu üzə çıxarıb. Evdə cinlərin olması ilə bağlı ailənin göstərdiyi dəlillərin heç birinin sübutu yoxdur.Quraşdırılmış gizli kameralar heç bir qeyri-adi hadisəni qeydə almayıb. Evdə baş verən hadisələrin yalnız ev sahibləri və qohumları tərəfindən iddia edilməsi, istər-istəməz şübhə doğururdu.Çörək bişirmək üçün qoyulan unun üstünə yazılan yazılarla bağlı din xadimlərini dəvət etdiklərini deyən ailə üzvləri bu gün din xadimlərinin dedikləri ilə razılaşmaq istəmirlər. Halbuki bir neçə gün öncə özləri evdə cinlərin olmasının din xadimləri tərəfindən təsdiq olunduğunu söyləyirdilər.Məsələni təfərrüatı ilə aydınlaşdırmaq istəyən çəkiliş qrupuna isə heç bir açıqlama verilmədi. Qeyd edək ki, çəkiliş zamanı rayon icra hakimiyyətinin ictimai-siyasi söbəsinin müdiri Eldəniz Məmmədov və rayon Mərkəzi məscidinin müdiri Müşviq Əskərov da əməkdaşlarımızı müşaiyət edib.Ancaq nədənsə, ev sahibi İsrail Quliyevbaş verən hadisələrlə bağlı müsahibə verməkdən imtina etdi.Məsələ ilə bağlı ev sahiblərinə yardım etmək üçün gedən din xadimləri qeyri-normal halın baş verməsini söyləmədilər. Əldə etdiyimiz məlumata görə, hadisələr yalnız və yalnız 6 dəfə narkoz keçirmişQuba Quliyevanın öz beyninin təzahürüdür. Və heç bir cindən söhbət belə gedə bilməz.

OXŞAR XƏBƏRLƏR