Azərbaycanda çirkab içində fəaliyyət göstərən şirniyyat sexi bağlandı - FOTOLAR

Azərbaycanda çirkab içində fəaliyyət göstərən şirniyyat sexi bağlandı - FOTOLAR
Bütün Xəbərlər
13:35 20.08.2013
3374

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küç. 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Təranəyə məxsus şirniyyat sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib.

Komitədən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, şirniyyat məhsulları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.

İstehsal zamanı mənşəyi məlum olmayan, istifadəyə yararsız ərzaq məhsullarından istifadə olunduğu da müəyyən olunub. Belə ki, un kisələrinin içində külli miqdarda ziyanverici həşəratlar aşkarlanıb, hazır məhsulların sobadan çıxdığı an natəmiz şəraitdə soyudulduğu, ümumilikdə antisanitariya vəziyyətinin hökm  sürdüyü müəyyən olunub.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən inzibati protokol tərtib edilib, fiziki şəxs Quliyeva Təranəyə məxsus müəssisədə şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.//apa

 

OXŞAR XƏBƏRLƏR