Azərbaycanda dəhşətli hadisə: müəllim özünü sinifdə güllələdi

Azərbaycanda dəhşətli hadisə: müəllim özünü sinifdə güllələdi
Bütün Xəbərlər
15:37 05.12.2014
3807

Goranboy rayonunda, Dəlməmmədli qəsəbəsindəki uşaq musiqi məktəbinin müəllimi özünü güllələyib. 

AZXEBER.COM milli.az-a istinadən xəbər verir ki, məktəbin müəllimi sinif otağında ov tüfəngini ürəyinə dayayaraq tətiyi çəkib. Ürəyi parçalanan müəllim elə yerində keçinib. Özünü öldürən zaman müəllim sinif otağında tək olub. Güllə səsinə onun olduğu otağa gələn müəllimlər iş yoldaşlarını qan içərisində görüblər. 

Goranboy rayon Prokurorluğundan bildirilib ki, müəllimin özünə qəsd etməsinin səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, müəllimin çox miqdarda borcu olub. Borcu qaytarmaq imkanı olmadığına görə ölümlə borc verənlərdən canını qurtarıb. 

OXŞAR XƏBƏRLƏR