Azərbaycanda deputatın ölümü ilə bağlı cinayət işi yekunlaşdı

Azərbaycanda deputatın ölümü ilə bağlı cinayət işi yekunlaşdı
Bütün Xəbərlər
15:26 22.04.2013
1463

Millət vəkili Hikmət Atayevin yol qəzasında həlak olması ilə bağlı başlanan cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə APA-ya açıqlamasında Balakən rayon prokuroru Həsən Mirzəyev məlumat verib. Onun sözlərinə həmin iş üzrə materiallar baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu il martın 7-də Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində əks istiqamətdə hərəkətdə olan, Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə toqquşub.

Nəticədə H.Atayev hadisə yerində ölüb, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla Ş. Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayətin törədilməsində şübhəli bilinən Ş. Qardaşov tutularaq istintaqa cəlb olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib