Azərbaycanda dioq işıqlandırma mənbələri istehsal ediləcək
Bütün Xəbərlər
11:22 11.08.2012
1187
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi LED işıq-diod işıqlandırma mənbələrinin istehsalına başlayıb. Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, işıq-diodların ilkin partiyası istehsal edilib və yaxın vaxtlarda satışa çıxarılacaq. İşıq-diod texnologiyalarının tətbiqi ilk növbədə paytaxtın küçə işıqlandırılmasında nəzərdə tutulub.İşıq-diod işıqlandırma sistemi həm bəzək, həm də ümumi işıqlandırmada istifadə etmək üçün nəzərdə tutulub. Bunlar arxitektura binaları, küçələr, parklar və magistral yollardır.Layihə kommersiya xarakteri daşıyır. Respublikanın tələbatını təmin etdikdən sonra texnologiyanın beynəlxalq bazara çıxarılması planlaşdırılır.İşıq-diod işıqlandırma texnologiyaları enerji baxımından səmərəli və ekoloji təmiz metoddur. Bu işıqlandırma sistemi adi közərən lampalardan fərqli olaraq, istehlak edilən elektrik enerjisini 80 faizədək qənaət etməyə imkan verir.