Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki 1 saylı “ASAN Xidmət” Mərkəzi ərazisində ilk siqaret çəkilməyən dövlət qurumu olub. AZXEBER.COM femida.az-a istinadən xəbər verir ki, qurum fəaliyyətə başladığı gündən (15 yanvar 2013-cü il) orada siqaret çəkmək qadağan edilib. Bununla bağlı 1 saylı “ASAN Xidmət” Mərkəzinin foyesində siqaret çəkilməsinin qadağan olunması barədə işarələr və “Siqaret çəkmək Sizin sağlamlığınıza ziyan vurur” yazılmış lövhələr quraşdırlıb.