Azərbaycanda əməliyyat – 80-dan çox insan saxlanıldı

Azərbaycanda əməliyyat – 80-dan çox insan saxlanıldı
SOSİAL
11:57 26.01.2019
4893
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayətin üstü "isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib. Verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölmüş, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR