Azərbaycanda ən aşağı pensiya məbləği bu ərazilərdədir

Azərbaycanda ən aşağı pensiya məbləği bu ərazilərdədir
SOSİAL
16:14 20.08.2026
385
2026-cı il iyulun 1-nə Azərbaycanda ən aşağı orta aylıq pensiya məbləği Şəki–Zaqatala iqtisadi rayonunda qeydə alınıb – 451,01 manat.

AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə ən yüksək orta aylıq pensiya isə Bakı şəhərindədir.

Cari ilin 7 ayında paytaxtda bu göstərici 817,65 manat təşkil edib.

Bakıdan sonra ən yüksək pensiya alanlar Naxçıvan sakinləridir. Burada orta aylıq pensiya 554 manatdır.

Hesabat dövründə Abşeron–Xızı iqtisadi rayonunda isə orta aylıq pensiya məbləği 489,75 manat səviyyəsində qeydə alınıb.

Bundan əlavə, Gəncə-Daşkəsən iqtisadi rayonunda orta aylıq pensiya 472 manata, Şirvan-Salyanda 470,08 manata, Şərqi Zəngəzurda 466,70 manata, Qazax-Tovuzda 462,87 manata, Quba-Xaçmazda 461,84 manata, Dağlıq Şirvanda 458,86 manata, Mərkəzi Aranda 457,95 manata, Qarabağda 457,23 manata, Mil-Muğanda 454,35 manata, Lənkəran-Astarada isə 452,81 manata bərabər olub.
OXŞAR XƏBƏRLƏR