Azərbaycanda ər 36 yaşlı arvadını öldürdü

Azərbaycanda ər 36 yaşlı arvadını öldürdü
Bütün Xəbərlər
15:08 22.04.2013
1427
Quba rayonunda bıçaqlaşma faktı qeydə alınıb.
Quba rayonunun Caqacuq kənd sakini, 36 yaşlı Cəfərova Rəmziyyə Camal qızı ötən gün axşam saatlarında bıçaqlanıb.Dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən R. Cəfərova əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, R. Cəfərovanı həyat yoldaşı Zaur Cəfərov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Həyat yoldaşını bıçaqlayan Zaur Cəfərov artıq saxlanılıb. Hadisəni törədərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
//APA
OXŞAR XƏBƏRLƏR