Azərbaycanda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanıldı - VİDEO

Azərbaycanda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanıldı - VİDEO
KRİMİNAL
11:58 01.05.2023
969
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu deyib.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu "Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.

Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
00:08 11.10.2026
Ən kinli bürclər: İllər keçsə də, incikliyi unutmurlar
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
00:02 11.10.2026
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
23:59 10.10.2026
"Barselona"nın növbəti qurbanı "Xetafe" oldu
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
23:53 10.10.2026
Estoniyanın Baş naziri Aİ-yə təklif: Rusiyanın neft emalı zavodlarını xarabalığa çevirin
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
23:42 10.10.2026
Mərmərə dənizində zəlzələ olub, İstanbulda da hiss edilib
Azərbaycanlı gənc Polşada vəfat etdi
23:31 10.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi