Azərbaycanda gənclər nəyə görə bir-birlərinə “düşmən” kəsiliblər? - KÖŞƏ

Azərbaycanda gənclər nəyə görə bir-birlərinə “düşmən” kəsiliblər? - KÖŞƏ
KÖŞƏ
18:36 20.04.2012
2730
Samir İSKƏNDƏROV“Biz istəsək də istəməsək də dünya bizim düşüncələrimizin deyil, günəşin ətrafında dönməsini sürdürəcəkdir” Mevlana çox gözəl vurğulayıb.Nədənsə amma bir çox insanlar bunu anlamırlar, hətta hər şeyin onların istəkləri və düşüncələri ətrafında baş verəcəyini zənn edirlər!Uzun zaman sonra yazmış olduğum ilk yazımdan sonra məndə maraqlı, maraqlı olduğu qədər də gülməli düşüncə və suallar yarandı!Mənə artıq məlum oldu ki, cəmiyyətimizdə insanların böyük çoxunluğu anlamır ki, Ağaçlar meyvələrini, torpaqlar məhsullarını hər zaman həyatlarını davam etdirmək üçün verirlər!Mənimçün çox maraqlıdır Azərbaycanda kimsə kimin və ya kimlərinsə haqqında yazanda ancaq kənardan sifarişlə mi yazır?Yəni mətbuatımız o dərəcədə mi acizləşib və ucuzlaşıb?Buradan bir daha belə çıxır ki,ölkəmizdə nə azad mətbuat var nə də ki,azad jurnalistlər!Necə ki, konkret politologiyanı bitirmiş politoloqların sayı barmaqla sayılacaq qədər olduğu kimi!Çox acınacaqlı haldır elə deyil mi?Bəs bunun səbəbi nədir?Nədən Azərbaycanda yazılan bütün yazılar sifariş əsasında olduğu düşünülür insanlarımız tərəfindən?Nədən “müxalif” mətbuat ancaq iqtidarı “ifşa” ilə məşquldur və iqtidar yönümlü mətbuat da ancaq hakimiyyəti tərifləmək, “müxalifəti” “ifşa” etməklə ilə məşğuldur?Görəsən nədən “Müstəqil” adlandırılan media orqanları ancaq (deyilənə görə) sifariş əsasında işləyir və sifarişçiləri haqqında heç zaman mənfi sayıla biləcək yazılar vermirlər? Və ya ancaq nədən onlara tərifnamələr yağdırırlar?Nədən təriflər yağdırırlar deyə?: -Necə də mənasız sual verdim hə?Nədəni məncə hər kəsə bəllidir! Yeqin onların da çörəkləri oradan çıxır ondan eledir! Yəni buda biznesin bir adıdır: “Müstəqil mətbuat” –biznesi çox gülməlidir hə?Elə məhz onun göstəricisi və nəticəsidir ki, mənə bəzi dostlar suallar ünvanladı ki,nədən birbaşa acıq adları cəkdin? Olmaya sən də haradansa sifariş əsasında yazmısan bu yazını? Mən onlara anlada bilmədim ki,sırf gördüklərimi,dostlarla söhbətimi və düsüncələrimi yazmışam! Azad düşüncə və azad fikirli cəmiyyətdə yaşayırıqsa bu hər kəs kimi mənim də haqqımdır! Sonra yenidən bir sual daha gəldi: Bəs orada nədən Əkrəm Abdullayev başda olmaqla diggər bir necə gənclər sektorunda şəxslər var ve olub ki, onların da adları yoxdur?Onlarla qərəzliyin nədir?Onlara anlada bilmedim ki, Şəxs olaraq Fuad Muradov da Ceyhun Osmanli da Əkrəm Abdullayev də həmçinin adlarını sadalamadığım digər gənclər də kifayət qədər zamanı ilə işlər görmüş lakin hazırda tam fəaliyyətsiz bir vəziyyətdə olan xətirlərini çox istədiyim dostlardan biridirlər! İndi hamsının adını uzun uzadı yazmağıma esas verir mi bu? Və ya bu onun mu göstəricisidir ki, bu yazı kimlərsə tərəfindən sifarişlə yazılıb?Məncə bu ona əsas vermir ki, kiminsə, hansısa dostların xətrinə dəyəcək deyə mən düşüncələrimi azad və sərbəst yazmayım! Anlayamadığım bir şey də bəzi dostlar məndən ötrü nədən bu qədər narahat oldular?Qayıdaq dostlarımın mənə ünvanladığı suallara: Əkrəm Abdullayev və adları çəkilməyən bir neçə daha gənc var ki, onların adları nədən yoxdur? Ceyhun Osmanlı, Fuad Muradov və Əkrəm Abdullayev bu üç ad zaman olub bərabər çəkiliblər! Onlar indi nədən bir birləri ilə arası yoxdu və bir birlərinə “düşmən” kəsiliblər?Mən o insanlara heç bir şəkildə anlata bilmədim ki,dogrudur zaman olub o üç ad bərbər çəkiliblər ama o uzun zaman öncə olub! Artıq nə dərəcədə doğru olardı ki, hansısa mənim üçün naməlum səbələrdən Əkrəm Abdullayevin adı heç bir yerlərdə onlarla bərabər çəkilmirsə, mənim də onların adlarını bərabər çəkməyim nə dərəcədə doğru olardı?! Hətta deyərdim ki, mümkünsüz və kimlərə isə böyük haqsızlıqla yanaşı hörmətsizlik olardı!Gələk digər maraqlı suala: Bəs o üç gənc nədən bir birlərinə düşmən olublar? Doğrusu bu sual məni lap çox güldürdü və çaşdırdı! Çünki,bildiyim qədər (doğru bilirəmsə əgər) uzun illərdir ki,bu şəxslər arasında möhkəm dostluq var və mən doğrusu inanmıram ki,hansısa xırda məsələlərdən ötrü onlar bir birlərinə düşmən kəsilsinlər!Hardasa hansınınsa hansısa marağı üst üstə düşməyə bilər bir birləri ilə təbi olaraq! Zaman zaman aralarında hansısa narazılıqlar incikliklər yarana bilər ama bu onların bir birlərinə düsmən olduğunun, olmasının və ya olacağının göstərgəsi deyil!Bu cür söz söhbətlər hardan çıxır doğrusu mənim üçün də çox maraqlıdır!Sonda fikrimi Mevlananın çox sevdiyim bir sözü ilə tamamlamaq istərdim!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Naxçıvanda avtomobil piyadanı vurub
18:13 18.10.2026
Naxçıvanda avtomobil piyadanı vurub
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
18:10 18.10.2026
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
18:06 18.10.2026
İstanbulda seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
18:00 18.10.2026
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
17:57 18.10.2026
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
17:48 18.10.2026
Fransadakı iğtişaşların vurduğu ziyanın məbləği - Açıqlandı
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
17:46 18.10.2026
Tramp Fransaya sərhədləri bağlamağı tövsiyə etdi
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
17:36 18.10.2026
Dünya Bankı: Süni intellekt inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını dəyişə bilər
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
17:24 18.10.2026
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Makronun istefası tələb olundu
17:13 18.10.2026
Makronun istefası tələb olundu
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib