Kürdəmir sakinini qatar vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax dəmiryol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Rayonun Xırdapay kənd sakini, 1962-ci il təvəllüdlü gözdən əlil Ağaməmməd Ağa oğlu Məmmədov dəmiryol xəttindən keçərkən onu qatar vurub.
Hadisə yerində bir qolunu itirən A. Məmmədov təcili Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə yaralıya ilkin yardım göstərilib , lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.