Azərbaycanda həkim yoxa çıxdı

Azərbaycanda həkim yoxa çıxdı
Bütün Xəbərlər
14:38 03.04.2015
2037
İki həftə öncə itkin düşən həkim hələ də tapılmayıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 2 saylı Poliklinikadan özünə məxsus Mercedes markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq itkin düşüb. Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılıb.
Xətai RPİ 37-ci Polis Bölməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq Şöbəsində araşdırma aparılır.
Poliklinikadan “Qafqazinfo”ya bildirib ki, həkim 2 həftədir işə çıxmır. Harda olması barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR