Azərbaycanda hərbi xidmətə çağırış yaşı artırıla bilər
Bütün Xəbərlər
13:32 15.01.2013
2506
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşı artırıla bilər. APA-nın öz hərbi mənbələrindən eksklüziv olaraq əldə etdiyi məlumata görə, hazırda bu məsələ Silahlı Qüvvələrdə və digər hökumət strukturlarında müzakirə olunur.Silahlı Qüvvələrdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması təklif olunur, artıq bununla bağlı müəyyən ortaq fikirlər mövcuddur.Bu təklif hərbi xidmətə çağırılan 18 yaşlı gənclərin böyük əksəriyyətinin təcrübəsiz, fiziki və psixoloji cəhətdən hazırlıqsız olmaları ilə əsaslandırılır.